Bakı. Trend:
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Trend xəbər verir ki, toplantıda Komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.
Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü ötüb.
Bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.
atırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.
Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum
edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması
haqqında sərəncam imzalanıb.
Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs
azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə
cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan
məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın
məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti
məhkum edilmiş şəxslər) azad edilib.