...

COP-un uğurunu təmin etmək məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa ümid edirik - Blinken

Siyasət Materials 28 May 2024 09:44 (UTC +04:00)
COP-un uğurunu təmin etmək məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa ümid edirik - Blinken
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrikində deyilir.

"Son 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı ilə bağlı qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq qurmuşuq. Bu sahələrdə, eləcə də iqlim dəyişikliyi və "yaşıl" enerjiyə keçid kimi getdikcə daha böyük önəm kəsb edən qlobal problemlərlə bağlı fəaliyyətimizi dərinləşdirmək imkanını yüksək qiymətləndiririk.

Birləşmiş Ştatlar COP29-un Bakıda keçirilməsini alqışlayır və COP-un uğurunu, eləcə də, uşaqlarımız və nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyi təmin etmək məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa ümid edirik", - Blinken bildirib.

Xəbər lenti

Xəbər lenti