...

Ukrayna Azərbaycanın humanitar yardımını yüksək qiymətləndirir - Səfir

Siyasət Materials 3 İyun 2024 12:58 (UTC +04:00)
Ukrayna Azərbaycanın humanitar yardımını yüksək qiymətləndirir - Səfir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Azərbaycanın humanitar yardımını yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirilən mətbuat konfransında deyib.

"Enerji avadanlıqları ilə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarıq. Şübhəsiz, bu yardımı həqiqətən yüksək qiymətləndiririk, o bizim üçün zəruridir var və əməkdaşlığın daha da genişlənəcəyinə ümid edirik. Energetika nazirlərimiz bir neçə həftə bundan əvvəl baş tutan telefon danışığında bu barədə danışıblar. Bu qış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılmış 7,6 milyon ABŞ dolları dəyərində transformator avadanlıqları və kabellər almışıq. Bütünlükdə 2022-ci ildən indiyədək Azərbaycandan energetika sahəsində çatdırılan humanitar yardımın həcmi təqribən 9 milyon ABŞ dolları təşkil edib", - o deyib.

Səfir mətbuat konfransında həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi minnətdarlığını bildirib.

"Şəxsi vəsaitləri hesabına alınan generatorları verən Azərbaycan Respublikası vətəndaşlarına ayrıca təşəkkür etmək istəyirəm. Onların sayəsində bir çox ukraynalı elektrik enerjisinin kəsilməsinin öhdəsindən gələ bilib", - deyə o əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti