...

TDT çərçivəsində aparılan işlər birliyimizi daha da gücləndirir - Azər Qarayev

Siyasət Materials 6 İyun 2024 20:17 (UTC +04:00)
TDT çərçivəsində aparılan işlər birliyimizi daha da gücləndirir - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etdi. Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində fikirlər səsləndirdi. Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsinin əsas istiqamətlərdən biri olduğunu bildirdi.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Prezident İlham Əliyev çıxışında Türk dünyasının birləşməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlərdən bəhs edib.

"Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan işlər birliyimizi daha da gücləndirir. Azərbaycan Türk dünyasının bir hissəsi olaraq bu ailənin birliyini gücləndirmək üçün əhəmiyyətli addımlar atır. Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılması istiqamətində atılan addımlar ümumi məqsədlərə çatmaq üçün mühüm rol oynayır.

Bir aydan sonra Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü birliyin inkişaf etdirilməsi üçün zəruridir, lakin digər tərəfdən ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir və davamlı təmaslara ehtiyac var. Zirvə görüşündə əsas müzakirə mövzusu nəqliyyat və iqlim məsələləri olacaq, çünki əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi üçün vacib amillərdəndir və Orta Dəhlizin fəaliyyətə başlaması bu istiqamətdə atılan mühüm addımlardandır".

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev azad edilmiş torpaqlarda aparılan yenidənqurma və bərpa işlərində də Türk dövlətlərinin xüsusi önəmindən bəhs edib. Bu ərazilərdə həyata keçirilən nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlərin fəal iştirakı qeyd olunub.

"Ümumilikdə Prezident İlham Əliyevin TÜRKPA-dan olan qonaqlarla görüşü Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları əks etdirir. Onun çıxışında vurğulanan fikirlər və həyata keçirilən tədbirlər Azərbaycanın milli maraqlarının müdafiəsi və Türk dövlətləri arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayır. Bu siyasət, Azərbaycanın müstəqilliyini və milli şüurunu gücləndirməklə yanaşı, Türk dünyasının birliyinə də töhfə verir".

Xəbər lenti

Xəbər lenti