...

Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk - TBMM-nin üzvü

Siyasət Materials 15 İyun 2024 11:17 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərimizə işıq tutan bir sənəd deyil, eyni zamanda, bölgədə təhlükəsizliyi və daimi sülhü təmin edir.

Trend xəbər verir ki, bunu Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala deyib.

“Türkiyə-Azərbaycan birliyi bir təhdid deyil, ortaq coğrafiyamız üçün güclü bir təminat qaynağıdır. İşbirliyi çərçivəsində bölgənin sabitliyi üçün gündəmi daim yaxından izləyirik. Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə güclü dəstəyimizi davam etdiririk”, - deyə Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti