...

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

Siyasət Materials 22 İyun 2024 22:33 (UTC +04:00)
Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq.

Trend xəbər verir ki, 200-ə yaxın ictimai birliyin təmsilçilərinin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.

Forum 2 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti