...

Dünən həlak olan hərbi qulluqçumuza şəhid statusu verilə bilər

Siyasət Materials 16 İyul 2024 12:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən həlak olan hərbi qulluqçumuza şəhid statusu verilə bilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Trend-ə bildirib ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.

"Belə bildiriş daxil olarsa, şəhid statusu verilə bilər", - o qeyd edib.

Xatırladaq ki, ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

Xəbər lenti

Xəbər lenti