Bakı. Trend:
Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Maqdalena Qrononu Aİ Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsini təsdiqləyib.
Trend bu barədə Çexiyanın Aİ-dəki daimi nümayəndəliyinə istinadən xəbər verir.
Məlumata görə, namizədlik Aİ Şurası tərəfindən rəsmi olaraq təsdiqlənəcək.
Maqdalena Qrono 2017-ci il noyabrın 13-dən bu vəzifəni tutan Toivo Klaarı əvəz edəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)