Bakı. Trend:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında cüdoçu Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!"