...

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Siyasət Materials 9 Sentyabr 2024 10:42 (UTC +04:00)
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında deyilir:

"Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti