Bakı. Trend:
Astana Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyevlə telefon danışığı zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.