...

Deputatdan kiberdələduzluqla bağlı ÇAĞIRIŞ

Siyasət Materials 30 Sentyabr 2024 13:36 (UTC +04:00)
Deputatdan kiberdələduzluqla bağlı ÇAĞIRIŞ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlarının bank kartlarından pullarının mənimsənilməsinin qarşısı alınmalıdır.

Trend-in məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməli və bu məsələyə nəzarət gücləndirilməlidir.

“Texnologiyalardan istifadə edərək, vətəndaşların pensiyalarının, pullarının bank kartalarından mənimsənilməsi narazılıq yaradır. Bunun qarşısı alınmalıdır”, - deyə deputat əlavə edib.

S.Novruzov, həmçinin, Seçki Məcəlləsində dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

O bildirib ki, bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəddən eyni sənədlərin tələb edilməsi düzgün deyil, bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir.

Xəbər lenti

Xəbər lenti