...

Azərbaycanın siyasəti bütün ölkələrlə münasibətlərdə ədalətə nail olmaq məqsədini güdür - Maksim Şevçenko

Siyasət Materials 7 Oktyabr 2024 16:52 (UTC +04:00)
Azərbaycanın siyasəti bütün ölkələrlə münasibətlərdə ədalətə nail olmaq məqsədini güdür  - Maksim Şevçenko
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Moskva. Trend:

Azərbaycanın siyasəti bütün ölkələrlə münasibətlərdə ədalətə nail olmağa yönəlib.

Bu barədə Moskvada Trend-ə açıqlamasında tanınmış rusiyalı politoloq, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.

"Mən Azərbaycanın və postsovet məkanının siyasi həyatını daim izləyirəm. Azərbaycan postsovet məkanında öz subyektivliyini sübut etmiş hər bir dövlətlə öz müstəqil münasibətlər xəttini qurur. Burada ümumi prinsiplər və qaydalar yoxdur. Lakin, ümumilikdə görürük ki, Azərbaycanın siyasəti ədalətə və müxtəlif növ qarşılıqlı fəaliyyətə nail olmağa yönəlib - həm Mərkəzi Asiya dövlətləri, həm Rusiya Federasiyası, həm də Cənubi Qafqaz qonşuları ilə və s.",- deyə o bildirib.

M.Şevçenko qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri iki ölkənin prezidentləri arasında mövcud olan çox konstruktiv və mahiyyətli dialoq əsasında qurulur.

"Bu, Rusiya-Azərbaycan münasibətlərinin əsasını qoyur. Mənim fikrimcə, bu münasibətlər misilsizdir. Həmçinin, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan Prezidentinin qurduğu davamlı və çox ciddi dialoqlarıda görürəm. Mən yayda Şuşada olmuşam və burada Özbəkistanın dəstəyi ilə tikilmiş məktəbi gördüm. Mənə elə gəlir ki, bu, belə bir tərəfdaşlıq və həmrəyliyin çox ciddi insan amilidir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti