Bakı. Trend:
Hazırda Moskva ilə Bakı arasında münasibətlər yüksələn xətt üzrədir.
Trend-in məlumatına görə, bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə deyib.
"Əməkdaşlığımızda əsas şey qarşılıqlı etimaddır. Biz Bakının çoxtərəfli birliklərlə, o cümlədən BRİKS və ŞƏT ilə əlaqələri genişləndirmək istəyini dəstəkləyirik", - deyə senator bildirib.
Federasiya Şurası Komitəsinin rəhbəri MDB çərçivəsində konstruktiv əməkdaşlığın qurulmasını vacib hesab edir: “Biz Bakının Avrasiya İttifaqı Birliyi ilə yaxınlaşmasının tərəfdarıyıq. Bu, ümumi məkanımızda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrini gücləndirməyə yönəlib".