...

Bakıda “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfrans keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Siyasət Materials 5 Dekabr 2024 09:14 (UTC +04:00)
Bakıda “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” 
mövzusunda ikinci beynəlxalq konfrans keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə edilib.

Qeyd edək ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib.

“Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib ki, Cənubi Qafqazda sülhün təsis edilməsi rifah yolunu açacaq. Buna da ən çox Ermənistanın ehtiyacı var.

O qeyd edib ki, Ermənistanın Qarabağı işğal etməsi bir çox kədərə səbəb oldu.

“Öz yurdlarından edilən insanların evləri, gələcəyə olan ümidləri əllərindən alındı. Bütün azərbaycanlılar bu hadisədən təsirləndi. Təəssüfki, beynəlxalq ictimaiyyət Azərbaycanın məruz qaldığı haqsızlığa qarşı səsssiz qaldı. Lakin, bu zülmü edənlərə dəstək oldu. Amma Azərbaycan 30 illik işğaldan sonra öz torpaqlarını azad etdi. Qarabağ torpaqlarında Azərbaycan bayrağının dalğalanlanması qürur mənbəyimizdir.

Azərbaycanın azad edilən ərazilərdə gördüyü bərpa-quruculuq işlərinin sürəti bizi çox məmnun edir”,- deyə o bildirib.

M.Çavuşoğlu qeyd edib ki, Ermənistanda dağıdılan Azərbaycanın mədəni mirasının bərpası böyük önəm daşıyır:

“Ermənistanın bununla bağlI UNESCO missiyasına icazə verməməsi təəssüf doğurur. Azərbaycanın səbrli və sülh yönümlü davranışları təqdir edilməlidir".

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, Qərbi Azərbaycan İcmasının tarixini beynəlxalq ictimaiyyətə çatdırmaq vacibdir.

"Biz Qərbi Azərbaycan İcmasının tarixini beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Son dövrlərdə Azərbaycanın Ermənistana "ərazi iddiaları" ilə çıxış etdiyi barədə fikirlər səsləndirilir. Bu, həqiqəti əks etdirmir. Hazırda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi çərçivəsində danışıqlar aparılır", - deyə Ş.Ayrım qeyd edib.

O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə uzunmüddətli sülh və sabitliyə can atdığını vurğulayıb. Bununla yanaşı, bəzi ölkələr, xüsusilə Afrikadakı mövqelərini itirmiş Fransa Ermənistana silah yardımı göstərməklə və bölgədə fikir ayrılıqları yaratmaqla məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti