...

Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional yenidənqurmanı müzakirə etdi

Siyasət Materials 5 Dekabr 2024 20:52 (UTC +04:00)
Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional yenidənqurmanı müzakirə etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

5 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Fasel ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

İsveçrə tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsinin sülh prosesinə maneə törətdiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti