Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
Bunu Trend-ə komissiyanın üzvü Əliməmməd Nuriyev təsdiqləyib.
O qeyd edib ki, iclas fevralın 12-nə təyin edilib.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının ötən iclası 2024-cü ilin aprel ayında keçirilib.