Bakı. Trend:
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, iclas saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, bu il komissiyanın üç iclası baş tutub və həmin iclaslarda 300-dən çox müraciətə baxılıb.