...

ABŞ Dövlət Departamenti yeddi agentliyin ləğv edilməsinə münasibət bildirib

Siyasət Materials 17 Mart 2025 23:03 (UTC +04:00)
ABŞ Dövlət Departamenti yeddi agentliyin ləğv edilməsinə münasibət bildirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da yeddi agentliyin ləğvi ilə bağlı vəziyyət dinamik olaraq qalır.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bu gün keçirdiyi brifinq zamanı deyib.

"Deyə bilərəm ki, baş verən dəyişikliklərin bütün aspektlərini nəzərə alsaq, vəziyyət dinamik olaraq qalır. Mən də sizin kimi bunu maraqla izləyirəm. Bu, ciddi məsələdir. Söhbət dövlətin fəaliyyətindən, vergi ödəyicilərinin vəsaitlərindən istifadədən gedir.

Vəziyyətin necə inkişaf edəcəyini səbirsizliklə gözləyirəm. Ancaq hələlik vəziyyət dinamik olaraq qalır”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.

Həmin qurumlar arasında "Azadlıq Radiosu" və "Amerikanın Səsi"ni idarə edən Qlobal Media Agentliyi də yer alır.

Sənəddə qeyd olunub ki, qurumların rəhbərləri öz struktur funksiyaları və onlarla bağlı olan personalı qanunla müəyyən edilmiş minimum həddə qədər azaltmalıdır.

Həmçinin bildirilib ki, Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.

Xəbər lenti

Xəbər lenti