...

Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 25 May 2025 02:28 (UTC +04:00)
Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqin başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi və nümayəndə heyətini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Abdel Vahab Abdel Razekin ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Rəsmi səfər mayın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti