...

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 10 Avqust 2025 13:48 (UTC +04:00)
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizə İslam dünyasının mərkəzindən ən səmimi təbriklərimi çatdırıram.

Bu, Cənubi Qafqazın üfüqünü ümid və harmoniya ilə işıqlandıran parlaq bir hadisədir. Bu, eyni zamanda tarixi zənginləşdirən, dünyanı ruhlandıran, dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət yollarını açan mühüm bir mərhələdir.

Zati-aliləri, bu nailiyyət Sizin uzaqgörən liderliyinizin, əvəzsiz fədakarlığınızın və ortaq rifah gələcəyini formalaşdırmaq istiqamətində göstərdiyiniz əzmkar səylərin əyani təzahürüdür. Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası xalqları ortaq məqsədlər ətrafında birləşdirə biləcək qətiyyətin, dialoqun, gələcək baxışların parlaq nümunəsinə çevrilmişdir.

ICESCO-nun Baş direktoru kimi mən də bu anın sevincini və xalqınıza bəxş etdiyi qüruru bölüşürəm. Bu, sadəcə bir razılaşma deyil, gələcək nəsillərə bəxş olunan bir hədiyyədir, mədəniyyətlərin, ideyaların və imkanların inkişaf edəcəyi bir bünövrədir. ICESCO Azərbaycanın yanında olmaqla, təhsil, mədəniyyət və elm sahələrində təşəbbüslər vasitəsilə bu sülh ruhuna töhfə verməyə, hər bir sahədə anlaşmaya və əməkdaşlığa hazırdır.

Uca Allah bu yeni dövrü uğurlu etsin, onun yaratdığı bağları möhkəmləndirsin və region xalqlarına daha böyük nailiyyətlər, birlik və rifah bəxş etsin!

Zati-aliləri, bu tarixi və ilhamverici nailiyyət münasibətilə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, ən yüksək ehtiramımı bildirirəm. Azərbaycanın adı tarixin bu parlaq səhifəsi ilə əbədi olaraq xatırlanacaqdır."

Xəbər lenti

Xəbər lenti