...

"AZADLIQ" BLOKU VAHİD NAMİZƏDLƏRİNİN ÇOXUNU MÜƏYYƏNLƏŞDİRİB

Siyasət Materials 28 İyun 2005 16:18 (UTC +04:00)

"Azadlıq" seçki blokunun digər qüvvələr hesabına genişlənəcəyi istisna deyil. Trend in məlumatına görə, bu barədə iyunun 28-də keçirdiyi mətbuat konfransında Müsavat başqanı İsa Qəmbər məlumat verib. Onun sözlərinə görə, bloka qoşulmaq üçün çoxlu sayda təkliflər var və bu barədə müzakirələr aparılır. Lakin üç partiya lideri "Azadlıq" blokunu süni şəkildə genişləndirmək istəmirlər.

İ.Qəmbər bildirib ki, iyunun 28-də "Bizim Azərbaycan" blokunun növbəti toplantısı keçirilib və orada başqanın Türkiyə və Ukraynaya səfərləri, üç partiya rəhbərləri arasında İstambul deklarasiyasının imzalanması, ölkədə parlament seçkisinə hazırlıq, "Azadlıq" blokunun vahid namizədlərinin müəyyənləşməsi, təhsil sahəsindəki problemlər və digər məsələlər müzakirə olunub. İ.Qəmbər Türkiyədə olarkən beynəlxalq konfransda iştirak etdiyini, bir sıra görüşlər keçirdiyini deyib. Əlavə edib ki, Türkiyə səfəri zamanı AXCP sədri Əli Kərimli və ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu ilə "İstambul deklarasiyası" adlı sənəd imzalayıblar. Sənəddə deyilir ki, parlament seçkisinin başlanmasına az vaxt qalmasına baxmayaraq, zəruri addımlar hələ də atılmır, seçki qanunvericiliyində dəyişiklik edilmir. Üç partiya lideri həm də iyulun 10-da "Azadlıq" blokunun yürüş-mitinq keçirilməsinə də qərar verib.

Müsavat başqanı onu da deyib ki, "Azadlıq" blokunun vahid namizədlərinin çox müəyyənləşib. Qalanlarının müəyyən edilməsi prosesinin gecikməsinin səbəbləri seçki dairələrinin azlığı, namizədliyini irəli sürmək istədiklərin şəxslərin isə çoxluğu, həmçinin bu blokun namizədi olmaq üçün xeyli müraciət edənlərin olmasıdır.

İ.Qəmbər iqtidar-müxalifət dialoqunun baş tutmasını məqsədəuyğun hesab etdiyini bildirib, tərəflər arasında növbəti görüşün yubanmasının obyektiv səbəblərlə bağlı olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti