...

"YENİ SİYASƏT" BLOKU AYAZ MÜTƏLLİBOVUN ÖLKƏYƏ QAYITMASI İLƏ BAĞLI DÖVLƏT BAŞÇISINA MÜRACİƏT ÜNVANLAYIB

Siyasət Materials 15 İyul 2005 18:43 (UTC +04:00)

İyulun 15-də "Yeni Siyasət" (YeS) seçki blokunun səlahiyyətli nümayəndələri prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bu haqda Trend ə "YeS" seçki bloku mətbuat xidmətindən bildirilib. Müraciətdə dövlət başçısından "YeS" seçki blokunun liderlərindən olan sabiq prezident Ayaz Müttəllibovun Azərbaycana qayıdışının, onun vətəndaş hüquqlarının qorunmasının və toxunulmazlığının təmin olunması xahiş olunur.

"Ümid edirik ki, Azərbaycan dövlətçiliyi və ədalət naminə Siz Ayaz Mütəllibovun Azərbaycana qayıdışını təmin edəcəksiniz. Bunun parlament seçkiləri ərəfəsində demokratiya yolunda mühüm addım olacağına inanırıq",-deyə müraciətdə vurğulanır.

Müraciət "Yeni Siyasət" (YeS) seçki blokunun səlahiyyətli nümayəndələri - Eldar Namazov, Etibar Məmmədov, Əli Məsimov, Əli Əliyev, Araz Əlizadə, Samir Cəfərov, Eldəniz Quliyev, Vahid Əhmədov, Yaqub Məmmədov və Rəhim Hüseynov imzalayıb.

Xəbər lenti

Xəbər lenti