...

MÜSAVAT PARTİYASININ SƏDRİ ABŞ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Siyasət Materials 21 İyul 2005 18:38 (UTC +04:00)

İyulun 21-də Müsavat Partiyasının(MP) sədri İsa Qəmbər ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnışlə görüşmüşdür. Bu haqda Trend ə MP-nın mətbuat xidmətindən bildirilmişdir.

Görüşdə ölkədəki seçkiöncəsi mövcud ictimai-siyasi durum, xüsusilə parlament seçkisinə hazırlıq mərhələsinin gedişi və perspektivləri, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təşkilatların mövqeyi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məlumatda, daha sonra, görüşdə həmçinin, "Azadlıq" blokunun demokratik mühitin formalaşdırılması istiqamətində bundan sonra ata biləcəyi addımların da geniş müzakirə olunduğu bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti