...

BAKIDA GUAM ÖLKƏLƏRİNİN VİRTUAL MƏRKƏZİ AÇILDI

Siyasət Materials 25 İyul 2005 18:40 (UTC +04:00)

İyulun 25-də GUAM ölkələrinin terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli cinayətlərlə mübarizə üzrə Milli Analitik İnformasiya Mərkəzinin açılışı oldu. Trend məlumat verir ki, Mərkəzin açılışında GUAM İşçi Qrupunun üzvləri iştirak edib.

Qeyd edək ki, DİN Əməliyyat Rabitə Şöbəsinin rəisi Həsən Qarayev Mərkəzə direktor təyin edilib. H.Əsədov tədbiri açaraq tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, dünya standartlarına uyğun texniki avadanlıqlarla təchiz olunmuş Cinayətkarlığa qarşı Mübarizə virtual Mərkəzi vasitəsilə GUAM ölkələri arasında informasiya mübadiləsi aparılacaq. Mübadilə elektron poçt vasitəsilə həyata keçiriləcək.

H.Qarayev onu da bildirdi ki, Analitik İnfomrasiya Mərkəzində DİN əməkdaşları ilə Baş Prokurorluğun, XİN-in, MTN-nin, DİN-nin və DSX-nin əməkdaşları da çalışacaq. Gələcəkdə GUAM-a daxil olan digər ölkələrdə də belə mərkəzlər yaradılacaq.

Analitik İnformasiya Mərkəzinin ofisi Hökumət Evində yerləşir.

Xəbər lenti

Xəbər lenti