Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə avqustun 3-də partiyanın mənzil-qərargahında ABŞ-ın ölkəmizdəki səfiri Rino Harnişlə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.Görüş zamanı A.Mollazadə ABŞ səfirinə Demokratik İslahatlar Partiyası, onun seçkiqabağı platforması və seçkilərə hazırlığı barədə məlumat verib.
Tərəflər arasında qarşıdan gələn parlament seçkiləri, ölkədəki mövcud ictimai-siyasi durum, Azərbaycan-ABŞ münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlər, Cənubi Qafqaz regionundakı vəziyyət və bu regionun Avro-Atlantik məkana inteqrasiya perspektivləri əsas müzakirə mövzusu olub.
A.Mollazadə iyun ayında ABŞ-a etdiyi səfəri, orada keçirdiyi görüşlər, apardığı müzakirələr barədə də səfiri məlumatlandırıb.
Görüşdə DİP sədrinin siyasi məsələlər üzrə müavini Rauf Talışınski, sahibkarlıq məsələləri üzrə müavini Nazim Abdullayev və beynəlxalq məsələlər üzrə müşaviri Eldar Cahangirov iştirak edib.