...

2007-Cİ İLDƏ AZƏRBAYCANDA YENİ QIZIL MƏDƏNLƏRİNİN İSTİSMARA VERİLMƏSİ PLANLAŞDIRILIR

Siyasət Materials 5 Avqust 2005 18:50 (UTC +04:00)
2007-Cİ İLDƏ AZƏRBAYCANDA YENİ QIZIL MƏDƏNLƏRİNİN İSTİSMARA VERİLMƏSİ PLANLAŞDIRILIR

2007-ci ilin üçüncü rübündə yeni qızıl mədənlərinin istismara verilməsi planlaşdırılır. Trend agentliyi xəbər verir ki, avqustun 5-də Azerbaijan International Mining Company şirkətinin əməliyyat direktoru Cerard Filips bu barədə bildirib.

Onun sözlərinə görə, Ordubad rayonunun Piyazbaşı, Şəkərdərə ərazilərində yerləşən yataqlarda qızıl qazma işləri başlandıqdan sonra yeni qızıl mədənlərinin yaradılması planlaşdırılır.

Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) Ordubadda və onun əyalətlərində qazmaya başlayacaq texnika gətiriləcək.

O, həmçinin qeyd edib ki, Piyazbaşı və Şəkərdərədəki mədənlərin layihə gücü ildə 250 min unsi təşkil edəcək.Müəssisələrdə işə kurslar keçirildikdən sonra, əsas etibarilə, yerli kadrlar, geoloqlar, mühəndislər cəlb ediləcək.Ümumilikdə işə təxminən 500-700 nəfər işə qəbul ediləcək.

Hazırda şirkətin mütəxəssisləri tərəfindən 7 perspektivli yataq üzrə TİƏ məruzəsinin hazırlığı aparılır.İşin ilk mərhələsində mədənlərin yaradılması üçün ilkin investisiyalar $50 mln. Həcmində nəzərdə tutulur.İstismara verilmək üçün ilkin hesablamalara görə, təxminən $600 mln.tələb olunacaq.

Azərbaycanın cənub-qərbində altı yatağın - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vəcnəli və Söyüdlüdə - işlənib-hazırlanması üzrə müqavilə 1997-ci ilin avqustunda imzalanıb.Müqavilədə 49% iştirak payı RI Investment Services Grour LLC şirkətinə, 51% isə ekologiya və təbii sərvətlər nazirliyinin şəxsində Azərbaycan hökumətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti