...

ATƏT AZƏRBAYCANIN MÜXALİFƏT LİDERLƏRİNİN MƏHKUMLUĞUNUN GÖTÜRÜLMƏSİNİ ALQIŞLAYIR

Siyasət Materials 9 Avqust 2005 19:37 (UTC +04:00)
ATƏT AZƏRBAYCANIN MÜXALİFƏT LİDERLƏRİNİN MƏHKUMLUĞUNUN GÖTÜRÜLMƏSİNİ ALQIŞLAYIR

ATƏT Azərbaycanın müxalifət liderlərinin üzərindən məhkumluğunun götürülməsi haqqında qərarı alqışlayır. Trend agentliyi bildirir ki, bu barədə ATƏT-in Bakı ofisinin avqustun 9-da yaydığı bəyanatda deyilir.

Bəyanatda 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra baş vermiş hadisələrlə bağlı mühakimə edilmiş müxalifət liderlərinin üzərindən məhkumluğun götürülməsi üzrə məhkəmə instansiyalarının qərarı müsbət qiymətləndirilir.

Qeyd olunur ki, həmin qərar ATƏT-in Azərbaycanın müxalifət liderlərinin üzərindən məhkumluğun tamamilə götürülməsi üzrə tövsiyələrinə uyğundur.

"Həmin hadisələr həm hökumətə, həm də müxalifətə Azərbaycanın demokratik inkişafının daha yaxşı gələcəyi məqsədilə qarşılıqlı hörməti bərqərar etməyə və elektoratla dəstəklənən arqumentlərə əsaslanan seçkiqabağı kampaniyanın keçirilməsinə imkan yaradır"-deyə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Maurisio Pavesi (Maurizio Pavesi) qeyd edib.

Bəyanatda həmçinin vurğulanır ki, üzərindən məhkumluq götürülmüş Azərbaycan müxalifətçiləri ölkənin parlamentinə öz namizədliklərini irəli sürmə hüququndan istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti