...

NATO BOLQARISTANDA COOPERATIIE KEY 05 HƏRBİ-HAVA TƏLİMLƏRİ KEÇİRƏCƏK

Siyasət Materials 11 Avqust 2005 12:39 (UTC +04:00)

(RİA "Novosti") - NATO avqustun 24-dən sentyabrın 5-nə kimi Bolqarıstanda Cooperative Key 05 (CK 05") hərbi-hava təlimləri keçirəcəyi barədə bildirib.

NATO-nun mətbuat xidmətindən xəbər verildiyi kimi, təlimlərin keçirilməsində məqsəd birgə antiböhran əməliyyatlarının keçirilməsi zamanı aviasiyadan istifadə ilə uyğunluğu təmin etmək üzrə alyansa üzv olan ölkələr və tərəfdaş dövlətlər arasında qarşılıqlı fəaliyyətin inkişafıdır.

NATO tərəfindən təlimlərdə Bolqarıstan, Kanada, Estoniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə və ABŞ-ın HHQ iştirak edəcək.

Alyansa tərəfdaş ölkələrdən isə Azərbaycan, Xorvatiya, Makedoniya, Gürcüstan, Moldaviya, İsveç, İsveçrə və Ukrayna iştirak edəcək. Təlimlərdə həmçinin Rusiya, Albaniya, Əlcəzair, İordaniya, Marokko, Serbiya və Çernoqoriya, Bosniya və Hersoqovinadan nümayəndələrin müşahidəçi kimi iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti