Avqustun 22-də Moskvada MBD ölkələri xarici işlər nazirlərinin müavinlərinin növbəti görüşü keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə avqustun 23-də Moskvada MDB ölkələrinin xarici işlər nazirləri şurasının, avqustun 26-da isə Kazanda MBD ölkələrinin başçıları Şurasının iclasında müzakirəyə çıxarılacaq 10 sənəd layihəsi və qərarlara baxılacaq. Avqustun 22-də keçiriləcək görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfovun, avqustun 23-də baş tutacaq görüşdə isə xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı gözlənilir.