...

RADİKAL QÜVVƏLƏRİN HƏR HANSI QANUNAZİDD HƏRƏKƏTLƏRİNƏ QARŞI ADEKVAT TƏDBİRLƏR GÖRÜLƏCƏK

Siyasət Materials 15 Avqust 2005 18:14 (UTC +04:00)

Ölkədəki radikal qüvvələrin hər hansı qanunazidd hərəkətlərinə qarşı adekvat tərdirlər görüləcək. Bunu jurnalistlərlə görüşündə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov söyləyib.

Baş prokuror bildirib ki, onun tərəfindən radikal qüvvələrə rəsmi şəkildə xəbərdarlıq olunub. "Bu gün hüquq-mühafizə orqanlarında radikal müxalifət qüvvələrinin konstitusiyaya zidd şəkildə hakimiyyətə gəlmək planları ilə bağlı kifayət qədər konkret sənədlər var.

Bir daha bəyan edirəm ki, Azərbaycan dövləti qanunlarla idarə olunur və bu qanunlarla radikal qüvvələrin qeyri-konstitusyon hərəkətlərinin qarşısı alınacaq"-deyə Z.Qaralov bildirib.

Xəbər lenti

Xəbər lenti