...

TÜMENDƏ HƏBS EDİLMİŞ "SADVAL"ÇI AZƏRBAYCANA EKSTRADİSİYA EDİLƏCƏK

Siyasət Materials 17 Avqust 2005 16:08 (UTC +04:00)

Tümen Vilayət Prokurorluğunun əməkdaşları terrorçuluqda şübhəli bilinən və 1995-ci ildən beynəlxalq axtarışda olan separatçı "Sadval" ləzgi milli hərəkatının üzvünü yaxalayıblar. Bu barədə Tümen Vilayətinin "NewsProm.Ru" informasiya agentliyi məlumat yayıb.

Məlumatda göstərilir ki, avqustun 9-da isə Moskva şəhərində onun Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə qərar çıxarılıb.

Mənbə məlumat verir ki, dövlətçilik əleyhinə fəaliyyətdə günahlandırılan bu şəxs Quba, Xaçmaz və Qusar rayonlarında hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı planlar hazırlayan dəstənin üzvü olub.

Separatçıların hərbi düşərgələrində xüsusi hazırlıqalr keəməsi rəsmən təsdiq edilmiş həmin şəxsin 15 iyun 1993-cü il tarixdə sərhəd məntəqələrimizdən birinə basqında (həmin basqın nəticəsində bir polis zabiti odlu silahla qətlə yetirilmiş, iki sıravi əsgərsə ağır yaralanmışdı) iştirak etdiyi də bildirilir.

Qafqazın xüsusi xidmət orqanları güman edir ki, bu şəxs Bakı metrosunda baş vermiş partlayışlarda, həmçinin Çeçeniatanda törədilmiş bir neçə terror aktlarında iştirak edib.

Lakin hazırda Tümen Vilayətinin istintaq təcridxanasında saxlanılan şəxs ittihamları qəbul etməyib.

Məlumatlarda o da qeyd olunur ki, bu şəxs bir müddət Tümen Vilayətinin İsetsk rayonunda yaşayan qohumlarının köməkliyi ilə əldə etdiyi saxta sənədlə yaşayıb. Bu yaxınlarda isə saxtakarlığı Tümen Prkourorluğu tərəfindən ifşa edilib.

Hazırda onun Azərbaycan Respublikasına ekstradisiya edilməsi üçün iki ölkə arasında danışıqlar gedir.

Xəbər lenti

Xəbər lenti