ABŞ-ın Azərbaycandakı səfirliyi əhaliyə şəxsiyyət vəsiqələrinin paylanması ilə bağlı vəziyyəti diqqətlə izləyir. Çünki bu msələ ölkədə parlament seçkilərinin keçirildiyi gün ciddi problemlər yarada bilər.
Trend in ANS telekanalına istinadən yaydığı xəbərə görə, bu barədə Azərbaycanın şimaal regionlarına səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş çıxış edib.
"Şəxsiyyət vəsiqələrinin paylanması üzrə problemlər aradan qaldırılmalıdır, çünki bu respublikanın Milli Məclisinə şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün çox əhəmiyyətlidir, -deyə R. Harniş qeyd edib ki, Azərbaycanın regionlarında bu məsələ Bakıda olduğundan "daha kəskin şəkildə" qarşıya çıxır.
Eyni zamanda, amerikalı diplomat dövlət resurslarından ayrı-ayrı deputatlığa namizədlərin xeyrinə imza toplanmasının gedişində istifadə olunmasından narazılığını bildirib və qeyd edib ki, belə halların qarşısı alınmalıdır.
Qeyd edək ki, səfərinin sonuncu günü amerikalı diplomat respublikanın Qusar rayonunda olub və burada yerli administrasiyanın və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüb.