...

"İSLAHAT" MÜXALİFƏTİN HƏDƏFİNDƏ

Siyasət Materials 24 Avqust 2005 14:34 (UTC +04:00)

"İqtidaryönlü partiyalardan təşkil olunmuş "İslahat" seçki bloku müxalifət düşərgəsi tərəfindən yaradılan "Azadlıq" və "Yeni Siyasət" blokları tərəfindən hədəfə alınıb". Bu barədə fikirlər "İslahat" seçki blokunun təsisçilərindən olan Azad Respublikaçılar Partiyasının (ARP) sədri Kamil Seyidovun Trend agentliyinə verdiyi məlumatda səslənib.

K.Seyidovun sözlərinə görə əsas səbəb "İslahat" seçki blokunun namizədlərinin cəmiyyətdə tutduğu düzgün mövqeyi və iqtidarın siyasətini dəstəkləməsidir: "İslahat"ın namizədləri ilə yanaşı eyni dairədən təmsil olunan radikal müxalifətin adamları islahatçıları seçicilərin səsindən məhrum etmək üçün müxtəlif planlar həyata keçirməyə cəhd göstəriblər.

Hələlik konkret fakt açıqlamaq istəməyən partiya sədri yalnız onu bildirib ki, "Azadlıq"la "Yeni Siyasət"in bu niyyətləri baş tutmayacaq: "Çünki artıq cəmiyyət onları yaxşı tanıyır"

Partiya sədri müxalifətin adıçəkilən bloklarına mesaj da ünvanlayıb: "İslahat"ın namizədləri sizin hər birinizlə açıq dialoqa getməyə hazırdır. Biz açıq rəqabətin tərəfdarıyıq".

Xəbər lenti

Xəbər lenti