...

"AZADLIQ" BLOKUNUN 27 AVQUST YÜRÜŞ-MİTİNQİNİN TEXNİKİ HAZIRLIĞI BAŞA ÇATIB

Siyasət Materials 24 Avqust 2005 20:15 (UTC +04:00)

"Azadlıq" blokunun 27 avqusta təyin etdiyi yürüş-mitinqinə hazırlıq davam edir. AXCP Mitinq Komitəsinin rəhbəri Həsən Kərimov Trend ə bildirib ki, aksiyaya hazırlıqla bağlı artıq təşkilati və texniki işlər başa çatdırılıb: "Şüarlar yazılıb, rayon şöbələrində genişləndirilmiş müşavirələr keçirilib.

Partiyanın müvafiq strukturları mitinqin kütləviliyininin təmin olunması üçün yerlərdə seçicilərlə görüşür, onları aksiyada iştiraka çağırırlar"-deyə H.Kərimov bildirib.

Qeyd edək ki, "Azadlıq" blokuna daxil olan partiyaların qərarına uyğun olaraq bu aksiyada ancaq blokun rəmzi olan narıncı bayraqlardan istifadə olunacaq. Həmçinin bayraqlardan əlavə şüarlar və mitinq iştirakçılarının geyimləri də narıncı rəngdə olacaq.

27 avqust yürüş-mitinqi həm azad, demokratik seçki mühitinin yaradılması, həm də son günlər müxalifətə qarşı, o cümlədən AXCP-yə və onun liderinə qarşı aparılan qara kampaniyalara son qoyulması tələbi ilə keçiriləcək. "20 Yanvar" - "Qələbə" marşrutu üzrə keçiriləcək aksiya ilə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyətindən hələlik cavab daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti