...

GÜRCÜSTAN PARLAMENTİNDƏ HESAB EDİRLƏR Kİ, BAKI-TBİLİSİ-AXALKALAKİ-QARS DƏMİR YOLUNUN ÇƏKİLİŞİ ERMƏNİSTANIN TƏCRİDİNƏ GƏTİRİB ÇIXARMAYACAQ

Siyasət Materials 25 Avqust 2005 16:35 (UTC +04:00)

Gürcüstan parlamentində hesab edirlər ki, Azərbaycan, Gürcüstan və Türkiyəni Bakı-Tbilisi-Axalkalaki-Qars marşrutu ilə birləşdirən dəmir yolunun çəkilişi Ermənistanın təcridinə gətirib çıxarmayacaq.Bu barədə Trend agentliyi RİA "Novosti"-yə istinadən bildirir.

"Bu layihə ilə Gürcüstan Ermənistanın təcridinə çalışmır.Əksinə, biz hesab edirik ki, bu yol Ermənistana da iqtisadi mənfəət gətirəcək " -deyə Avro-atlantik inteqrasiya məsələləri üzrə parlament komitəsinin sədri David Bakradze jurnalistlərə bildirib.

Onun fikrincə, " Ermənistanla Türkiyə arasında münasibətlər mürəkkəbləşdiyinə cörə dəmir yolu işləmir və əgər Ermənistan Türkiyə ilə və Gürcüstan ərazisi vasitəsilə Avropa ilə əlaqələr yaradarsa, onda hazırkı mərhələdə bu, Ermənistanın özü üçün uğurlu addım olar".

Mənbələrin məlumatına əsasən, Gürcüstan parlamentində Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu magistralının çəkilişinə dair məsələ ABŞ Konqresinin yeddi üzvünün dövlət katibi Kondoliza Raysa göndərdiyi məktubdan sonra aktuallığını artırıb.Həmin məktubda onlar xarici siyasət idarəsinin başçısından bu layihəni dəstəkləməməyi xahiş edirlər.

Öz növbəsində Gürcüstanın xarici işlər naziri Salome Zurabişvili çərşənbə günü jurnalistlərlə söhbətində bəyan edib ki, konqresmenlərin məktubunun məzmunundan xəbərdar deyil. "Biz bu yol layihəs üzərində işləyirik və digərlərini də istisna etmirik.

Biz bilirik ki, layihə Ermənistanın xoşuna gəlmir, digər marşrutlara da baxılacaq, biz heç kimə bu və ya digər qərarı, xüsusən ABŞ vasitəsilə bağlamaq haqqı vermərik " -deyə Zurabişvili bildirib.

Gürcüstan parlamentindən alınmış qeyri-rəsmi məlumata əsasən, Raysa yazılmış məktubda bildirilir ki, Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsi Gürcüstanla Azərbaycanın Ermənistan əleyhinə siyasətinin bir hissəsidir və Ermənistanın təcridi məsələsini qarşıya qoyur.ABŞ konqresmenləri dövlət katibindən yolun Ermənistanın Gömrü şəhərindən keçməsi üçün marşruta dəyişikliklər edilməsi imkanına baxılmasını xahiş edir.

Gürcüstanın, Azərbaycanın və Türkiyənin dəmir yol şəbəkəsi mütəxəssislərindən ibarət işçi qrupları Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsinin TİƏ üzrə işlər aparmaqda davam edir.Layihənin detallarını üç dövlətin nümayəndələri sentyabrda Ankarada keçirilən növbəti görüşdə müzakirə edəcək.

Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi layihəsi çərçivəsində 98 km uzunluğunda Qars-Axalkalaki dəmir yolunun çəkilişi və artıq mövcud olan Axalkalaki-Tbilisi yolunun reabilitasiyası nəzərdə tutulur.Layihənin ümumi dəyəri təxminən $400 mln. təşkil edir. Layihənin gerçəkləşdirilməsi Azərbaycan, Gürcüstan və Türkiyə ilə birgə maliyyələşdiriləcək.

Yolun 2008-ci ildə işə başlaması gözlənilir.

Xəbər lenti

Xəbər lenti