...

İLHAM ƏLİYEV NORVEÇİN XARİCİ İŞLƏR NAZİRLİYİNİN DÖVLƏT KATİBİNİ QƏBUL EDİB

Siyasət Materials 1 Sentyabr 2005 18:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Norveçin XİN-nin dövlət katibi Kim Traaviki qəbul edib. Trend in məlumatına görə, söhbət zamanı dövlət başçısı qeyd edib ki, Azərbaycan uğurla inkişaf edən ölkədir, Norveç isə bir çox birgə regional layihələrin iştirakçısıdır.

Azərbaycanla Norveç arasında ikitərəfli əlaqələr tarixə malik olduğunu qeyd edən İ. Əliyev bildirib ki, Kim Traavikin Bakıya səfəri əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Öz növbəsində, İsveçin XİN-in dövlət katibi qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq böyük potensialdır və tərəflər bundan istifadə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti