...

NEMƏT PƏNAHLI "AZADLIQ" MEYDANINDA MİTİNQ KEÇİRMƏK İSTƏYİR

Siyasət Materials 3 Sentyabr 2005 13:56 (UTC +04:00)

"Mənim üçün "Qələbə" meydanı dardır, mən "Azadlıq" meydanını istəyirəm". Bunu Trend agentliyinə müxalifətyönlü mövqedən çıxış edən "Azərbaycan Tərəqqi" (AT) seçki blokunda təmsil olunan Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı bildirib.

N.Pənahlı daxil olduğu blok tərəfindən hələ mitinqlərin keçirilməsinə qərar verilmədiyini bildirsə də, özü bunun istəyində olduğunu qeyd edib: "Şəxsən mən "Azadlıq" blokunun keçirdiyi mitinqlərdən razı deyiləm. Mənə icazə versələr, şərait, imkan yaratsalar, "Azadlıq" meydanını lərzəyə gətirərəm. Təəssüflər olsun ki, imkan vermirlər".

Təmsil olunduğu blok tərəfindən mitinqlərə təbliğat dövründə start verilə biləcəyini qeyd edən AMDP sədri onu da vurğulayıb ki, bunu seçkilərdən sonraya da saxlamaq olar: "Hələ prosesləri kənardan müşahidə edirik. Ola da bilər ki, mən öz partiyamla mitinq keçirəm və yaxud da hansısa bir blokun tərkibində bunu reallaşdıraq. Hər şey AT seçki blokunun qərarından asılıdır".

Xəbər lenti

Xəbər lenti