...

FƏRDİ SABİT SOER: AZƏRBAYCAN XİN BMT-DƏ KİPRİN TÜRK İCMASINDAN BEYNƏLXALQ TƏCRİDİN GÖTÜRÜLMƏSİ TƏŞƏBBÜSÜ İLƏ ÇIXIŞ EDƏCƏK

Siyasət Materials 3 Sentyabr 2005 15:25 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazirliyi BMT-də Kiprin türk icmasından beynəlxalq təcridin götürülməsi təşəbbüsü ilə çıxış edəcək.Həmin qərar Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) nümayəndə heyətinin Bakıya səfəri çərçivsəində qəbul edilib.

Trend Şimali Kipr KİV-ə istinadən bildirir ki, həmin bəyanatı ŞKTC-nin baş naziri Fərdi Sabit Soer Şimali Kipr nümayəndə heyətinin Bakıya səfərinin yekunlarını şərh edərkən bildirib. "Bu, çox mühüm addımdır və biz bu xəbəri çox məmnunluqla qəbul etdik"-deyə F.S. Soer vurğulayıb.

O, bildirib ki, Azərbaycanda keçirilən danışıqlar "iqtisadi xarakter" daşıyıb. "Səfər "sırf iqtisadi" səfərdir və Bakıdakı görüşün siyasi istiqamətinə dair hər-hansı bəyanatlar səhv və yersizdir"-deyə hökumət sədri bildirib.

F.S. Soerin sözlərinə görə, ŞKTC-dən Azərbaycana birbaşa təyyarə reysi Kiprin türk icmasının iqtisadi, sosial və mədəni təcriddən çıxışına xidmət edir.

"Birbaşa təyyarə reysi və səfər anlayışlarını aydın müəyyən etmək lazımdır"-deyə baş nazir qeyd edib və bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ŞKTC-nin qurucusu və keçmiş prezidenti Rauf Denktaşın adına xüsusi dəvətnamə göndərib.

"Bu, çox minnətdarlıqla qəbul edilib". "R. Denktaşın Bakıya səfəri özəl xarakter daşıyırdı"-deyə F.S. Soer vurğulayıb və qeyd edib ki, Kipr Türk hava yolları şirkətinin həyata keçirdiyi birbaşa reyslərin müntəzəm olması üçün mümkün olan hər bir şeyi etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti