...

YENİ SİYASƏT SEÇKİ BLOKUNUN TƏSİSÇİLƏRİNDƏN OLAN ELDAR NAMAZOV İQTİDARA QARŞI MÜBARİZƏ APARACAQ

Siyasət Materials 7 Sentyabr 2005 13:53 (UTC +04:00)

"17 saylı Yasamal birinci seçki dairəsindən üç Eldar Namazovun namizədliyi qeydə alınıb". Bu barədə Trend agentliyinə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" informasiya mərkəzindən bildirilib.

Qeydə alınan Eldar Namazovların biri müxalifətyönlü "Yeni Siyasət" seçki blokunun təisiçilərindən olan politolor Eldar Namazov, digəri "Ako" Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Eldar Elxan oğlu Namazov, üçüncüsü isə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı istintaq təcridxanasının nəzarətçisi Eldar Namazovdur.

"Bu iqtidar tərəfindən mənə qarşı növbəti təxribatdır". Bu barədə Trend ə "Yeni Siyasət" seçki blokundan namizədliyi 17 saylı Yasamal birinci seçki dairəsindən qeydə alınan politoloq Eldar Namazov bildirib.

O qeyd edib ki, iqtidarın bu təxribatına qraşı mübarizə aparacaq. "Ola bilər ki, namizəd olduğum bu dairədən qeydə alınan digər iki Eldar Namazov mənim seçicilərimin səsini oğurlasın. Ancaq bu mənim qələbəmə heç bir təsir göstərməyəcək".

Politoloq Eldar Namazov seçki protokllarının yekunlarına görə qalib çıcxacağına əmin olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti