...

VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI MƏRKƏZİ SEÇKİ QƏRARGAHININ RƏHBƏRİ AVROPA ŞURASININ BAKIDAKI NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞƏCƏK

Siyasət Materials 7 Sentyabr 2005 15:55 (UTC +04:00)

"Sentyabrın 8-də Avropa Şurası Bakı nymayəndəliyinin rəhbəri Mats Lindberqlə görüşüm planlaşdırılıb". Bu barədə Trend agentliyinə müxalifətyönlü "Vətəndaş Cəmiyyəti Qurucuları" (VCQ) seçki blokunun mərəkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli bildirib.

Y.Cəfərli qeyd edib ki, M.Lindberqlə görüşməkdə məqsəd avqustun 22-də VCQ-nin mərkəzi seçki qərargahına edilən hücumun hüquq-mühafizə orqanları tərəfindən indiyədək araşdırılmamasıdır.

Hücumla bağlı blok adından müxtəlif instansiyalara müraciət edildiyini deyən Y.Cəfərli qeyd edib ki, şəxsən özü prezidentə və onun xanımına da məktub göndərib: "Ancaq hələ də müraciətlərimizə cavab verən yoxdur".

Məsələnin Avropa Şurasının baş katibi Terri Devisin nəzərinə də çatdırıldığını deyən Y.Cəfərli VCQ-nin mərkəzi seçki qərargahına edilən hücumla bağlı heç bir araşdırma aparılmayacağı və edilən müraciətlərə baxılmayacağı təqdirdə blokun ATƏT, AŞPA, Avropa İttifaqı və bir sıra beynəlxalq təşkilatlara şikayət edəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti