...

ATƏT-İN AZƏRBAYCAN ÜZRƏ MÜŞAHİDƏ MİSSİYASININ RƏHBƏRİ FƏALİYYƏTLƏRİ BARƏDƏ AÇIQLAMA VERİB

Siyasət Materials 8 Sentyabr 2005 18:41 (UTC +04:00)
ATƏT-İN AZƏRBAYCAN ÜZRƏ MÜŞAHİDƏ MİSSİYASININ RƏHBƏRİ FƏALİYYƏTLƏRİ BARƏDƏ AÇIQLAMA VERİB

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycan üzrə müşahidə missiyasının rəhbəri Gert Arens sentyabrın 8-də KİV nümayəndələri üçün mətbuat konfransı keçirib. Trend in məlumatına görə, Gert Arens ümumilikdə 43 nəfərdən ibarət müşahidə missiyasının tərkibində yalnız 11 nəfərin müşahidəçilər, qalanlarının isə seçki üzrə mütəxəssislər olduğunu deyib.

O, missiyanın sentyabrın 5-dən Azərbaycanda rəsmən fəaliyyətə başladığını, artıq kütləvi informasiya vasitələrinin seçki ilə bağlı analizlərinin aparıldığını deyib.

ATƏT rəsmisi bildirib ki, 11 nəfərlik müşahidəçilərin sayı qısa müddətdə 16 nəfərədək artacaq. Bu müşahidə missiyası iki qruppa bölünərək seçki gününə qədər Azərbaycanın 16 bölgəsində fəaliyyətlərini həyata keçirəcəklər. Seçki günü isə Azərbaycana ATƏT-in 500 nəfər müşahidəçisi gələcək.

Gert Arens bildirib ki, missiyanın tərkibinə üç beynəlxalq təşkilatın - ATƏT-in, Avropa Şurasının və Avropa Birliyinin Parlament Assambleyalarının üzvləri də qoşulacaqlar.

O, əlavə edib ki, Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə gələn müşahidəçilər yalnız seçkilərin müşahidəsini aparacaq, seçkinin həm Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə, həm digər beynəlxalq normalara, həm də Azərbaycanın öz qanunvericiliyinə uyğun keçirilib-keçirilmədiyini müəyyən edəcək, ümumilikdə seçki prosesini qiymətləndlirəcək.

G.Arensin sözlərinə görə, müşahidə qrupu həmçinin bütün namizədlərə eyni səviyyədə, bərabər münasibət bəsləyəcək, seçkidə heç bir texniki yardım göstərməyəcək. Qısamüddətli müşahidəçilər seçki günü məntəqələrin açılmasından başlayaraq səslərin sayılmasına qədər bütün prosesi müşahidə edəcəklər.

G.Arens deyib ki, ATƏT-in müşahidəçiləri biri sentyabr ayında, ikisi isə oktyabrda olmaqla üçü ara hesabatı hazırlayacaqlar. Seçkinin müşahidəsi ilə bağlı ilkin hesabat səsvermənin səhəri günü - noyabrın 7-də hazırlanacaq. Seçkinin yekun və tam hesabatı bir neçə həftə sonra hazırlanaraq açıqlanacaq. Bu hesabata seçkidə müşahidə olunan bütün faktlarla bərabər səsvermənin nəticələri də daxil olacaq.

Xəbər lenti

Xəbər lenti