...

BEYNƏLXALQ RESPUBLİKAÇILAR İNSTİTUTU ÜMÜMAZƏRBAYCAN GƏNCLƏR KONFRANSI KEÇİRİR

Siyasət Materials 9 Sentyabr 2005 19:03 (UTC +04:00)

Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) sentyabrın 9-da Bakıda Novxananın "Aqua Park" otelində "Gənclər siyasətdə: parlamentin fəaliyyəti" mövzusunda üçgünlük ümumrespublika gənclər konfransı işinə başlayıb.

Trend in məlumatına görə, konfransda Azərbaycanın bir çox bölgələrindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, tələbə-gənclər təşkilatlarını təmsil edən 100-ə qədər gənc iştirak edib.

ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş, gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev açılıq nitqi söyləyiblər. Konfransda millət vəkili Gültəkin Hacıyeva və digər qonaqlar da çıxış edərək gənclərin ölkə həyatında, ictimai-siyasi proseslərdə iştirakının, fəallığının artmasının vacibliyini qeyd ediblər.

BRİ-nin Azərbaycan üzrə rəhbəri Endrü Kolbörn deyib ki, bu konfrans ölkənin müxtəlif bölgələrindən olan fəal gənclərin görüşməsi və fikirlərini, ideyalarını mübadilə etməsi üçün əlverişlhi bir imkandır: "Ümidvaram ki, əsas diqqəti parlamentə yönəltməklə, iştirakçılar Azərbaycanda bu demokratik təsisatın əhəmiyyətini anlayacaqlar və noyabrın 6-da seçkilərə fəal şəkildə qatılacaqlar"-deyə Beynəlxalq Respublikaçılar İnstitutunun rəsmisi qeyd edib.

Üçgünlük seminar zamanı iştirakçılar gənclərin ictimai-siyasi fəallığının artırılmasına yönəldilmiş komanda qurma məşğələləri keçəcəklər. Konfransın ümumi mövzusu parlament və parlament seçkiləridir. Tədbirin tərkib hissəsi kimi iştirakçılar simvolik olaraq parlament yaradacaq və seçkilər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti