Sentyabrın 15-16-da Almatada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mühacir, qaçqınlar və əhali artımı məsələlərinə həsr olunmuş forumu keçiriləcək.
Azərbaycanın Milli Məclisinin (MM) mətbuat xidmətindən Trend ə verilən məlumata görə, forum AŞPA və Qazaxıstan parlamenti ilə bərabər keçiriləcək.
İclas Qazaxıstan parlamentinin sədrliyi altında keçiriləcək. Azərbaycanı forumda MM-in deputatı Bəxtiyar Əliyev təmsil edəcək. O, "Avrvsiya mühacirəti bu gün - siyasi və sosial çağırışlar" mövzusunda məruzə ilə çıxış etmək niyyətindədir.