Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana qarşıdakı rəsmi səfərinə hazırlıq gedir.AR xarici işlər nazirinin müavini Xələf Xələfov Trend ə eksklüziv müsahibəsində bildirib ki, hazırda səfərin konkret tarixinin və danışıqların gündəliyinin razılaşdırılması prosesi gedir.
Nazir müavini bildirib ki, səfərin sentyabrın üçüncü ongünlüyündə həyata keçirilməsi nəzərdə tutulur.Diplomat qeyd edib ki, hər iki ölkənin ekspertləri səfər zamanı imzalanmalı olan ikitərəfli saziş layihələrinin son detallarını razılaşdırır.
Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanın hökumət nümayəndə heyəti səfərin gündəliyinin və proqramının hazırlığı üçün Sofiyaya işgüzar səfər edəcək.
Hazırda razılaşdırılan sənədlər arasında dövlət telekanalları, baytarlıq xidmətləri, turizm, idman, ikiqat vergi qoymadan yayınma, fitosanitariya və digər sahələrdə əməkdaşlığa dair hökumətlərarası və qurumlararası sazişlər də vardır.
Dövlət başçıları səviyyəsində Avropa İttifaqına qoşulma sahəsində iki ölkənin əməkdaşlığına dair memorandumun imzalanması gözlənilir.
Səfər çərçivəsində biznes-forum da keçiriləcək və bu məqsədlə Azərbaycan iş adamlarının nümayəndə heyəti Sofiyaya gedəcək. Forum əsasən iki istiqamətdə işləyəcək -turizm sahəsində, eləcə də investisiya, tikinti və s.