Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhəddinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Trend ə Rusiyanın Azərbaycandakuı müvəqqəti işlər vəkili Pyotr Burdıkin məlumat verib.
"Hazırda hər iki tərəfdən olan ekspertlər Bakıda keçirilməsi planlaşdırılan iclasın gündəliyi üzərində işləyirlər"- deyə diplomat məlumat verib.
Xatırladaq ki, Azərbaycanla Rusiya arasındakı sərhəddə cəmi 3 delimitisasiya olunmamış sahə qalıb. Bu gün hər iki ölkənin ekspertləri sərhədyanı ərazilərin böyük hissəsinin delimitasiyasını həyata keçiriblər.
Delimitasiya olunmamış sahələr Dağıstan Respublikası ilə sərhəddə yerləşir. Hazırda bu ərazilərin delimitasiyası üzrə hazırlıq işləri gedir. Hər iki ölkənin bu yaxınlardakı görüşü zamanı bu ərazilərin relyefinin və masştabının öyrənilməsi üzrə konkret işlər aparılır.