...

AZƏRBAYCAN PREZİDENTİ YUNESKO ÜZRƏ MİLLİ KOMİSSİYA İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA SƏRƏNCAM İMZALAYIB

Siyasət Materials 16 Sentyabr 2005 14:27 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev YUNESKO üzrə Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Trend in xəbər verdiyi kimi, sərəncamla YUNESKO üzrə komissiyanın milli tərkibi müəyyən edilir.

Komissiyanın sədri xarici işlər naziri Elmar Məmmədyarov, onun müavinləri Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil naziri Misir Mərdanov, mədəniyyət naziri Polad Bülbüloğlu, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov olacaq. Komissiyanın tərkibinə nazirlik və idarələrin rəhbərləri daxildir.

Bu sənədlə, həmçinin, Azərbaycan Respublikası prezidentinin "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında" 1994-cü ilin fevralında imzalanmış sərəncamında və bu strukturun nizamnaməsində dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, komissiya bundan sonra Xarici İşlər Nazirliyinə deyil, prezidentə tabe olacaq.

Xəbər lenti

Xəbər lenti