...

MSK-DAN HƏRBİ QULLUQÇULARIN SEÇİCİ SİYAHILARINA DAXİL EDİLMƏSİ TƏLƏB OLUNUR

Siyasət Materials 19 Sentyabr 2005 17:34 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd Akif Nağı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova məktubla müraciət edib. Bu barədə Trend ə Akif Nağının seçki qərargahından məlumat verilib.

Müraciətdə deyilir ki, Seçki Məcəlləsinin 35.5, 46.4, 47.3 və 46.9 maddələrinə əsasən 16 saylı Yasamal ikinci seçki dairəsində hərbi qulluqçular, o cümlədən müddətli hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verməlidirlər. Lakin bu günə qədər həmin hərbi qulluqçular hərbi hissələrin yerləşdiyi əraziyə yaxın məntəqələrin seçici siyahılarına daxil edilməyiblər. Akif Nağı bununla əlaqədar MSK sədrindən təcili tədbirlər görməsini xahiş edib. "Əks halda mənim seçki qərargahımın üzvləri, o cümlədən Qarabağ Azadlıq Təşkilatının fəalları MSK və 16 saylı Yasamal ikinci seçki dairəsinin qarşısında etiraz aksiyalarına başlayacaqlar"-deyə Akif Nağı müraciətinin sonunda xəbərdarlıq edib.

Bu müraciət həmçinin MSK-nın katibi Vidadi Mahmudova və 16 saylı Yasamal ikinci seçki dairəsinin sədri S.Seyidzadəyə də göndərilib.

Xəbər lenti

Xəbər lenti