...

SİYASİLƏR "PORA" TƏŞKİLATININ ÜZVLƏRİNİN FİKİRLƏRİNİ MƏNTİQSİZ SAYIRLAR

Siyasət Materials 19 Sentyabr 2005 19:24 (UTC +04:00)

"Ukrayna xarici işlər nazirinin müşaviri, "Pora" təşkilatının üzvü Sergey Yevtuşenkonun Azərbaycanda "narıncı inqilab"ın ola biləcəyi ilə bağlı fikirlər işlətməsi heç bir məntiqə sığmır". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, politoloq Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, "narıncı inqilab" Ukraynaya nə verib ki, bu, Azərbaycana da arzu edillib: "Hökumət istefaya göndərilib, ölkə qarşıdurma həddinə çatıb, qeyri-sabitlik yaşanmaqdadır. Acınacaqlı hal budur ki, Yevtuşenkonun Azərbaycana arzuladığı bu proseslər yerli müxalifət tərəfindən alqışlanır".

"Pora" təşkilatının nümayəndəsi, Ukrayna Radasının deputatı Nikolay Katerinçukun "Azərbaycandakı seçkiqabağı vəziyyət Ukraynadakı seçkiqabağı vəziyyətin oxşarıdır". fikrinə də münasibət bildirən M,Qurbanlı qeyd edib ki, Müsavatın qonağı olan bu şəxslərdən Azərbaycanla bağlı başqa heç nə eşitmək mümkün deyil.

YAP icra katibinin digər müavini, millət vəkili Bahar Muradova da məsələyə öz münasibətini belə bildirib: "Azərbaycanda heç bir vaxt hər hansı bir inqilab baş verə bilməz. Ona görə ki, buna əsas və şərait yoxdur. Yevtuşenkonun məntiqsiz fikirləri yalnız radikal müxalifət üçün məntiqli və əsas görünə bilər".

"Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan, politoloq Eldar Namazov isə məlum məsələ ilə bağlı bildirib ki, MDB ölkələrinin hamısında ədalətli, azad seçki keçirilmədiyindən inqilab qaçılmazdır: "Əgər Azərbaycan seçkiləri saxtalaşdırsa, onda Yevtuşenkonun fikirləada həyata keçirilə bilər".

Politoloq Rasim Musabəyov isə qeyd edib ki, S.Yevtuşenko Azərbaycandakı vəziyyətlə tanış olmadığı bir halda belə firiklər söyləmək iqtidarında deyil: "Onun məlum fikirləri kifaəyt qədər əsaslı görünmür. Düzdür, burada bir qədər mənfi münasibətlə üzləşən qonaq bundan başqa nə söyləyə bilərdi ki?"

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, "Pora"nın üzvləri vəziyyəti kənardan müşahidə etdiklərindən söylədikləri məlum fikirlərində heç bir əsas görünmür: "Azərbaycan seçkilərə hazırlaşır, heç bir qüvvə indiki dönəmdə inqilaba hazırlaşmır. Seçkiqabağı vəziyyət də hələ qənaətbəxşdir".

Xəbər lenti

Xəbər lenti