Sentyabrın 20-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəni Mərkəzinin səyləri ilə təşkil olunmuş "İslam icmalarının həmrəyliyi"nə dair ikigünlük beynəlxalq konfrans keçirilir.
Trend in xəbər verdiyi kimi, tədbir İslamın müxtəlif qollarının yaxınlaşdırılması və dinlərdən terrorçuluq idelogiyası kimi istifadə cəhdlərinin qarşısının alınması yollarının axtarılması ilə bağlı məsələlərin öyrənilməsi məqsədilə təşkil olunub.
Tədbirdə islam dövlətlərinin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin işçiləri, həmçinin, Gürcüstan, Özbəkistan və İranın islam cəmiyyətlərinin nümayəndələri, Rusiyanın müxtəlif regionlarının müftiləri və ölkəmizdəki dini icmaların rəhbərləri iştirak ediblər.